Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 07:13

Xəzər sahilindəki yararsız çimərliklərin siyahısı açıqlanıb


Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin «Sahil» və Səbail rayonunun «Şıx» çimərlikləri istifadəyə yararsızdır. Sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərdə deyilir. Bildirilir ki, Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və «Amburan» çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli təmizləyici qurğu quraşdırıb.

Nazirlik bildirir ki, modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin «Sahil» və Səbail rayonu «Şıx» çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG