Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 21:05

Sonuncu buraxılış imtahanının nəticələri bu gün açıqlanacaq


«İyunun 7-də keçirilən buraxılış imtahanlarının nəticələrinin iyunun 10-da açıqlanması nəzərdə tutulur». Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

E. Nağızadə onu da vurğulayıb ki, imtahanda «2» qiyməti alanların siyahısı da bu imtahanın nəticələri bəlli olduqdan sonra məlum olacaq.

İyunun 7-də növbəti buraxılış imtahanları Naxçıvan MR-də, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C. Naxçıvanski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada aparılıb.
XS
SM
MD
LG