Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:30

İranda türkcə radio açıldı


Sınıq Radionun loqosu
Sınıq Radionun loqosu
-

İranda hökumət türkcə ayrıca televiziya və radionun açılmasına şərait yaratmır.

Amma Təbrizdə bir qrup gənc “Sınıq radio” adıyla radioproqramlar hazırlayaraq Facebook-da yaymağa başlayıblar.

Keçən ildən fəaliyyətə başlayan “Sınıq radio” indiyəcən 26 proqram yayınlayıb – verilişlərdə ədəbiyyatdan tutmuş Xocalı faciəsinə, Kərbəla müsibətinə, ərəb baharına qədər ən müxtəlif mövzulara toxunulur.

Ərəb baharına həsr edilmiş proqramı burda dinlə.

Ayrıca olaraq “Çay Siqar Radio” proqramında İran Azərbaycanından olan yazarlar tanıdılır.

Yazıçı Rüqəyyə Kəbiri ilə söhbəti burda dinlə.

Məhdud imkanlara baxmayaraq radionu yaradanlar səs effektlərindən, musiqidən uğurla istifadə edir, hətta radiopyeslər hazırlayırlar.
XS
SM
MD
LG