Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 09:01
Suriya üsyançıları İraqın iki sərhəd məntəqəsinə hücum ediblər. Nəticədə 1 İraq sərhədçisi öldürülüb, 2-si yaralanıb. İraq sərhəd xidmərinin polkovniki Nayif Zaili insidentin al Valid sərhəd kəsiyində baş verdiyini deyir.

Suriya tərəfi bu sərhəd məntəqəsinin hökumət qoşunlarının nəzarətində olduğunu xəbər verir.Üsyançılar son aylar bu məntəqəni ələ keçirməyə cəhd göstərirlər.

İsrailin baş naziri Benjamin Netanyahu isə bu arada bəyan edib ki, Golan yüksəkliklərindən BMT qüvvələrinin çıxarılması göstərir ki, İsrail təhlükəsizliyinin təmin edilməsində yalnız özünə güvənə bilər.

Avstriya bu rayonda baş verən eyni insidentə görə bu həftə qüvvələrinin İsraillə Suriya arasındakı bufer zonasından çıxarılacağını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG