Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:19

Şimali və Cənubi Koreya tərəfləri kənddə görüşəcəklər


Foto arxiv
Foto arxiv
Şimali və Cənubi Koreya görüşmək razılığına gəliblər.

Görüşü sərhəddə yerləşən Phanmunjom kəndində keçirmək qərara alınıb. Cənubi Koreyanın ayrı düşmüş ailələrin qovuşması üzrə naziri bu gün bildirib ki, Pxenyan bazar günü belə bir görüş keçirilməsi ilə bağlı Seulun təklifini qəbul etdib.

1953-cü ildə bu kənddə atəşkəslə bağlı müqavilə imzalanıb.

Tərəflər ilk növbədə iki ölkə arasındakı azad sənaye zonasının bərpası və digər ikitərəfli layihələri müzakirə etmək fikrindədirlər.

Çərşənbə günü isə Seulda nazirlər səviyyəsində görüş keçiriləcək.

Şimali Koreya BMT-nin yeni sanksiyalarından sonra bu ilin aprelində azad zənaye zonasında çalışan 50 mindən çox vətəndaşını çıxarıb və cənubla müharibə vəziyyətinə girdiyini bəyan edib.

Sanksiyalara səbəb isə Şimali Koreyanın fevralın 12-də nüvə sınağı keçirməsi olub.
XS
SM
MD
LG