Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:58

Ağdaşda körpə doğuşdan sonra ölüb


Foto: Arxiv
Foto: Arxiv
-
İyunun 7-də Ağdaş Mərkəzi Xəstəxanasında doğulan körpə Gəncədə vəfat edib.

Rayonun Orta Ləki kəndindən olan Firdovsi Dostməmmədov bir günlük qızının ölümündə həkimləri ittiham edir. Bildirir ki, hamiləlik normal keçib, ananın və körpənin səhhətində hər hansı problem olmayıb:

«İyunun 6-da Ağdaş Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə uşaq doğulub. Bir qədər sonra onu köhnə xəstəxanaya köçürdülər. Uşağı nəzarətə götürən həkim körpəni tibb bacısının ümidinə qoyaraq toya gedib. İki saatdan uşağın vəziyyəti pisləşib. Onun hava çatışmazlığından əziyyət çəkdiyini bildirdilər. Xəstəxanada hava balonu olmadığından öz hesabımıza uşağı təcili tibbi yardımla Gəncəyə apardıq. 100 kilometrlik yolu uşağa süni hava verə-verə apardıq. Orda diaqnoz qoydular ki, bu uşaqda ağciyər çatışmazlığı olub. Uşağı xilas etmək mümkün olmadı».

CİNAYƏT İŞİ AÇILIB

Ağdaş rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nuru Nuriyev uşağın normal doğulduğunu, səhhətinin sonradan pisləşdiyini deyib:

«Vəziyyəti pisləşəndən sonra uşaq göndərişlə Gəncəyə aparılıb. Yanında tibb bacısı da olub. Hadisə araşdırılır. Həkimin günahı ucbatından uşağın öldüyü sübut olunarsa, həmin həkim cəzalandırılacaq».

Baş həkim ananın vəziyyətinin ağır stabil olduğunu bildirir.

Firdovsi Dostməmmədovun müraciətindən sonra rayon prokurorluğunda cinayət işi açılıb. Faktla bağlı Ağdaş rayon Prokurorluğu araşdırmaya başlanıb.
XS
SM
MD
LG