Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:42

Bakıdan Odessaya birbaşa aviareys açılıb


-
«Ukraine International Airlines» aviaşirkəti Bakı-Odessa marşrutu ilə birbaşa aviareyslərə başlayıb.

Bu barədə apa-ya Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata əsasən, Odessadan Bakıya uçuşlara iyunun 7-də start verilib və təyyarə Bakıya iyunun 8-i saat 02:15-də çatıb.

Əks istiqamətdə uçuş isə iyunun 8-i saat 03:15-də həyata keçirilib və təyyarə Odessa aeroportuna saat 04:15-də enib.

Bakıdan Odessaya uçuşlar iyunun 23-dək hər həftənin şənbə, iyunun 23-dən etibarən isə bazar günü eyni vaxtda yerinə yetiriləcək.

Hazırda «Ukraine International Airlines» aviaşirkəti Kiyev-Bakı və Donetsk-Bakı aviareysləri üzrə də uçuşlar yerinə yetirir.
XS
SM
MD
LG