Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 17:21

Kursant ölüb

-
Azərbaycanda hərbi kursant xəstəlikdən ölüb.

apa-nın məlumatına görə, hadisə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qeydə alınıb.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kursunda təhsil alan 1993-cü il təvəllüdü Kənan Cavadzadə iyunun 8-i səhər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

Onun xroniki (bəd xassəli) hepatit mədə bağırsaq qanaxması ilə fəsadlaşan xəstəlikdən öldüyü bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən apa-ya kursantın ölüm faktını təsdiqləyiblər.
XS
SM
MD
LG