Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:32

Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçilib


İyunun 7-də Milli Şuranın təsis toplantısında Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçilib.

Hüquq müdafiəçisi Leyla Yunus vahid namizədin müəyyənləşdirilməsi məsələsinin gündəliyə salınmasını təklif edib, ancaq Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, belə mühüm qərar vermək üçün hələ müzakirələrə ehtiyac var.

Cəmil Həsənli Leyla Yunusun təklifini müzakirəyə çıxardı. Qeydiyyatdan keçən 97 nəfərin 13-ü həmin təklifin lehinə, 82-si əleyhinə səs verdi. İki nəfər bitərəf qaldı.
XS
SM
MD
LG