Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:03

Qax rayonuna güclü yağış yağıb


-
İyunun 6-dan 7-ə keçən gecə Qax rayonuna güclü yağış yağıb. Nəticədə Zaqataladan Gürcüstana gedən yolun Qax rayonunun Şotavar, Qarabaldır, Zəyəm və Tasmalı kəndlərindən keçən hissəsində ağacların qırılmasıyla yolda hərəkət məhdudlaşıb.
Gecə saat 3 radələrində daha da güclənən leysan maqistiral yolu tam keçilməz hala salıb.
Bəzi kəndlərdə qısa müddətdə elektrik enerjisi kəsilib. Hazırda yağışın törətdiyi fəsadlar aradın qaldırılmaqdadır.
XS
SM
MD
LG