Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:18

Avstriya əsgərlərini Golan yüksəkliklərindən çıxarır


Golan yüksəkliyi
Golan yüksəkliyi
Avstriya hökuməti İsraillə Suriya arasındakı Golan yüksəkliklərindən sülhməramlı qüvvələrini çıxarır.

Buna səbəb bu gün üsyançıların bu ərazidəki hərbi məntəqəni zəbt etməsi və bir qədər sonra Suriya ordusunun onu üsyançılardan geri almasıdır.
İnsident zamanı Avstriya əsgərlərindən xəsarət alan olmayıb.

İsraillə Suriya arasındakı bufer zonasında yerləşən bu ərazi BMT qüvvələrinin nəzarətindədir.

İsrail 1967-ci ildə 6 günlük müharibədən sonra Suriyaya məxsus olan bu ərazini zəbt edib.
XS
SM
MD
LG