Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:53

Ombudsman Aparatının əməkdaşları Mustafa Hacıbəyli ilə görüşüblər


-
İyunun 6-da Ombudsman Aparatının əməkdaşları Abşeron rayon Polis Şöbəsinin təcridxanasında Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli ilə də görüşüblər.

Ombudsman Aparatının məlumatında bildirilir ki, Mustafa Hacıbəylinin saxlanma şəraiti araşdırılıb. Pozuntu halları aşkar edilməyib:

«Mustafa Hacıbəyli saxlanma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyib. Ombudsman Aparatının həkim əməkdaşı Mustafa Hacıbəylinin səhhəti ilə maraqlanıb. Ona ailəsi ilə əlaqə saxlamaq imkanı yaradılıb».

Mustafa Hacıbəyli mayın 28-də Bakının Novxanı kəndində saxlanıb. Abşeron rayon Məhkəməsi onu 15 sutka azadlıqdan məhrum edib. O, xırda xuliqanlıqda təqsirli bilinib.
XS
SM
MD
LG