Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 15:18

Pakistanın baş naziri Nawaz Sharif Əfqanıstana gedəcək


Nawaz Sharif
Pakistanın baş naziri Nawaz Sharif Əfqanıstana dəvəti qəbul edib.

Əfqanıstan prezidenti Hamid Karzai bu gün onu baş nazir seçilməsi münasibəti ilə telefonla təbrik edib və ölkəsinə səfərə dəvət edib.
Amma səfərin vaxtı hələlik bəlli deyil.

Dünən Nawaz Sharifin baş nazir kimi rəsmi andiçmə mərasimi keçirilib.
Onun rəhbərlik etdiyi Pakistan müsəlman liqası partiyası mayın 11-də keçirilən parlament seçkisində qalib gəlib.

Son vaxtlar Əfqanıstanla Pakistan arasında münasibətlərin gərginləşdiyi müşahidə olunur.
Buna səbəb iki ölkə arasındakı mübahisəli sərhəd zolağıdır.
Buna görə bu yaxınlarda tərəflər arasında da atışma olub.
XS
SM
MD
LG