Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:30

Serzh Sarkisian: «3-4 ildən sonra regionda vəziyyət tamamilə dəyişəcək»


Armenia -- President Serzh Sarkisian takes oath during his inauguration ceremony at Karen Demirchyan Sports and Concert Complex in Yerevan, 09Apr2013

«3-4 ildən sonra regionda vəziyyət tamamilə dəyişəcək. Biz buna hazır olmalıyıq. Ekspertlər 2-3 ildən sonra Azərbaycanın fiaskoya uğrayacağını proqnozlaşdırırlar».

Bunu iyunun 5-də Ermənistan Milli Təhlükəsizlik Şurasının iclasında prezident Serzh Sarkisian deyib:

«Bu ölkənin hakimiyyəti klassik diktatura yolu ilə gedərək öz xalqına ermənilərin timsalında düşmən obrazının qəbul etdirilməsi və bizim haqqımızda çirkin bəyanatların yayılması ilə məşğuldur. Eyni zamanda Azərbaycanda qoyulmuş ictimai-siyasi və iqtisadi minaların çox tez partlamaq təhlükəsi var. Neft və qaz hasilatının xroniki tənəzzülü şəraitində qonşu ölkənin hakimiyyəti topladığı vəsaiti elə xərcləməkdə davam edir ki, heç onun rəqibləri belə bunu planlaşdıra bilməzdilər».

S. Sarkisian onu da deyib ki, «Azərbaycan açıq-aşkar diktaturanın və avtoritar rejimin nəticəsini görməyə başlayır. Opponentlərin həbsi, azad mətbuatın mövcudluğu haqda təsəvvürün olmaması, böyük miqyasda korrupsiya, neftdən gələn dolların sayının azalması ilə paralel olaraq gücləndirilmiş qüvvə ilə özünü göstərəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG