Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:42

Türkiyədə polislə etirazçıların toqquşması davam edir


İstanbul, 4 iyun
İstanbul, 4 iyun
-


Türkiyədə etirazçılarla polis arasında toqquşmalar 6-cı gündür davam edir.

Bu səhər polisin yenidən İstanbul və Ankarada nümayişçiləri dağıtmaq üçün su şırnaqları və qaz bombalarından istifadə etdiyi bildirilir. Hər iki şəhərdə etirazçılar baş nazir Recep Tayyip Erdogan-ın ofisinə yürüş etməyə cəhd edib.

Hökumətin etirazları dayandırmaq səyləri hələ ki, nəticəsiz qalır. Ötən gün baş nazirin müavini Bulent Arinc etirazları dayandırmağa çağırıb və hökumətin bu hərc-mərclikdən dərs aldığını deyib. O qeyd edib ki, hakimiyyət insanların səsinə məhəl qoymaya bilməz. Həmçinin yüzlərlə nümayişçiyə xəsarət yetirən polisin «hədsiz zorakı» münasibətinə görə üzr istəyib.

Türkiyənin NATO-dakı müttəfiqi – ABŞ bu üzrxahlığı alqışlayıb.

Taksim Gəzinti Parkının söküntüsü ilə başlayan İstanbul gərginliyi digər şəhərlərə də yayılıb. Gəzinti Parkında ağacların kəsilib ərazidə ticarət mərkəzi tikilməsinə etiraz, Recep Tayyip Erdogan-ın islamçı-liberal Ədalət və İnkişaf Partiyasının apardığı siyasətə etiraza qədər böyüyüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG