Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:59

Ombudsman Kürdəxanıda siyasi fəallarla görüşüb


-
«Kürdəxanı istintaq təcridxanasında saxlanan fəallarla görüşmüşəm».

Bunu AzadlıqRadiosuna müsahibəsində Ombudsman Elmira Süleymanova deyib:

«Biz onların hər birisi, Zaurla da görüşürük. Hər zaman da görüşəndə onların hansısa bir məsələsini həll edirik. Məsələn, bir adamın çox adamla eyni kamerada saxlanılması məsələsini həll etmişik. Onların ordan çıxarılmasına nail olmuşuq».

Ombudsman İlqar Məmmədovun karsa salınması və saxlanma şəraitinə də münasibət bildirib:

«Mən bu gün onunla maraqlanmışam, deyiblər ki, orda hər hansı bir zorakılıq yoxdur».

«REAL» Hərəkatının sədri İlqar Məmmədov bu il yanvarın 23-24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.

İ. Məmmədov mayın 30-da karsa salınıb. Vəkili onun orda ac saxlanıldığını deyir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları hesab edir ki, İlqar Məmmədov siyasi fəaliyyətinə görə həbs edilib.
XS
SM
MD
LG