Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:06

NİDA-çı 10 sutka həbs cəzası alıb


-
İyunun 4-də «NİDA» Vətəndaş Hərəkatının üzvü Mehman Zaməddinov saxlanıb və 10 sutka həbs cəzası alıb.

Bu barədə AzadlıqRadiosuna hərəkatın üzvləri xəbər verib.

Amma onlar Mehman Zaməddinovun nəyə görə saxlandığını bilmirlər.

«NİDA» Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər Media forum saytına bildirib ki, Mehmanı dünən də Xətai polisinin 37-ci bölməsində sorğu-sual edib buraxıblar.

O deyib ki, Mehmanın həbsinin səbəblərini öyrənmək üçün vəkillə müqavilə bağlayacaqlar.
XS
SM
MD
LG