Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:28

Azərbaycan ərazisində isti hava davam edəcək



İyunun 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu və yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20, gündüz 26-30 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bölgələrində də əsasən yağmursuz hava şəraiti gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.
XS
SM
MD
LG