Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:27

Konsulluq: «Xalidə Xalid yaxın vaxtlarda Azərbaycana təhvil veriləcək»


-
İranda həbs olunan şəhriyarşünas alim Xalidə Xalidin və onun sürücüsü Şamxal Hüseynovun yaxın vaxtlarda Azərbaycana təhvil verilməsi gözlənilir.

Onların Azərbaycana təhvil verilməsi ilə bağlı təmaslar davam etdirilir.

Bu haqda AzadlıqRadiosuna Azərbaycanın Təbrizdəki baş konsulluğundan deyiblər.

Xalidə Xalid və Şamxal Hüseynov bu il aprelin 30-da İranda azərbaycanlı fəallardan birinin evində ETTELAT əməkdaşları tərəfindən saxlanıb. Onların niyə saxlandığı haqda İran rəsmiləri məlumat vermir.
XS
SM
MD
LG