Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:36

Çimərlik mövsümünə rəsmən start verilib


Foto: Arxiv
Foto: Arxiv
-
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna Sularda Xilasetmə Məntəqəsində «Azərbaycanda 2013-cü il çimərlik mövsümü»nə rəsmən start verilib.

apa-nın məlumatına görə, bu məqsədlə keçirilən tədbirdə qonaqlar DSXX-nin istifadəsində olan xilasetmə avadanlıqları ilə tanış olublar.

DSXX-nin rəis müavini Bəxtiyar Həsənov bildirib ki, hazırda xidmətin 31 xilasetmə məntəqəsi var:

«Eyni zamanda xidmətin çimərlik ərazilərində postları mövcuddur. Son üç ildə çimərlik və qeyri-çimərlik ərazilərində nəzarət daha da gücləndirilib. Bu il hava ilə doldurulan on ədəd qayıq, hava yastıqlı iki ədəd müasir kater, həmçinin digər xilasetmə avadanlıqları alınıb. Çimərliklərdə post patrul xidmətinin və təcili tibbi yardım maşınlarının ayrılması üçün müvafiq qurumlara müraciət olunub».

Tədbirin sonunda qonaqlar DSXX-nin əməkdaşlarının təlimlərini izləyiblər.
XS
SM
MD
LG