Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:15

Qırğızıstanda qızıl mədəni ətrafında iğtişaşlara görə fövqəladə vəziyyət elan olunub


Qırğızıstan prezidenti Almazbek Atambaev ölkənin şimalındakı Jety-Oguz regionunda fövqəladə vəziyyət elan edib. Bu rejim iyunun 10-nadək davam edəcək.

Cümə axşamı nümayişçilər elektrik stansiyasını tutub, Kumtor qızıl mədəninə işığı kəsdilər. Cümə günü isə polis onlarla nümayişçini tutub. Məlumatlara görə nümayişçilər yerli icra başçısını da girov götürmüşdü, ancaq sonra azad etdi. Kumtor qızıl mədəninə gedən yeganə yolu nümayişçilər kəsib. Nümayişçilər tələb edir ki, qızıl mədəninin operatoru olan Kanadanın Centerra şirkəti ekologiyaya ziyan vurmasın və yerli sakinlərə tibbi yardım göstərən məntəqələr qursun.
XS
SM
MD
LG