Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:32

S. Şərifov: «Ötən il Azərbaycanın valyuta ehtiyatları 46 milyard dollara çatıb»


«Ötən il dövlət büdcəsinin icra gəlirləri 17.281 521,6 min manat, xərcləri 17 416 453 min manat, büdcə kəsiri 134, 9 mln. manat, büdcə xəzinəsindəki qalığı isə 464 989 900 min manat həcmində təsdiq edilib».

Bunu Milli Məclisin mayın 31-də keçirilən iclasında 2012-ci il dövlət büdcəsinin icrası məsələsi müzakirə olunarkən maliyyə naziri Samir Şərifov deyib.

Büdcənin icra vəziyyəti barədə məlumat verən maliyyə naziri deyib ki, 2012-ci ildə ÜDM-in həcmi əvvəlki ilə müqayisədə 2,2 faiz artaraq 54 mlrd. manat, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 5884,5 manat olub:

«Büdcə kəsri büdcənin 23 maddəsindən cəmi 4 maddəsi üzrə yaranıb ki, bu da 3,5 mln. manat həcmində olub. Bu da dünya ölkələri sırasında ən az büdcə kəsiri kimi qeydə alınıb».

Nazir vurğulayıb ki, 2012-ci ildə valyuta ehtiyatları 14 faiz artaraq, 46 milyard dollara çatıb. Əhalinin gəlirləri isə 13,8% artaraq 34,7 mlrd. manat, orta aylıq əmək haqqı 395 manat olub.

Hesablama Palatasının sədri Heydər Əsədov isə deyib ki, 2012-ci ildə dünya miqyasında iqtisadiyyatın artım tempi aşağı düşdüyü halda Azərbaycanda tamamilə fərqli hal müşahidə olunub:

«Bu Azərbaycan prezidenti və onun iqtisadi komandasının gördüyü işlər nəticəsində mümkün olub. Ötən il büdcə daxilolmaları tam yerinə yetirilib. 98 faiz yerinə yetirilib, bu büdcə üçün çox yaxşı göstəricidir. Bu o demək ki, 255 milyon manat xərclənməyib. Dövlətin heç biri proqramı maliyyəsiz qalmayıb. Büdcənin daxili və xarici borc limitinə tam əməl olunub. Büdcə kəsiri 134 milyon olub. Bütün büdcə kəsirlərinin örtülmə mənbələri daxili mənbələr hesabına olub».
XS
SM
MD
LG