Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:20

Braziliya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul edəcək


Foto arxiv
Foto arxiv
Braziliya parlamenti yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətnamə qəbul edəcək.

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Braziliya parlamentinin Xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Nelson Pelleqrino Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovanın rəhbərlik etdiyi deputat qrupu ilə görüşdə deyib.
O bu məsələnin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da müzakirə olunduğunu qeyd edib.

Pelleqrino ölkəsinin BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsini dəstəklədiyini və bu məsələyə Braziliyanın da hüquqi qiymət verməsinin vacibliyini vurğulayıb.
XS
SM
MD
LG