Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:06

Londonda əsgəri öldürənlərdən birinin məhkəməsi başlayıb


Michael Adebolajo
Michael Adebolajo
Bu günlərdə Londonda Britaniya əsgərini öldürməkdə şübhəli bilinənlərdən biri Maykl Adebovale (Michael Adebowale) bu gün məhkəmə qarşısına çıxarılıb.
O qətl və qanunsuz silah gəzdirməkdə ittiham olunur.

İkinci qatil Maykl Adebolaco( Michael Adebolajo) isə London xəstəxanalarından birində nəzarət altındadır.

Onlar mayın 22-də Londonda günün günorta çağı 25 yaşlı əsgər Li Riqbini (Lee Rigby) qətlə yetiriblər.

Bu qətllə bağlı daha 8 nəfərin saxlandığı bildirilir.
Onlardan 6-sı girov müqabilində , 2-si isə heç bir ittihamsız azad ediliblər.
XS
SM
MD
LG