Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 16:32

Suriya Rusiyadan ilk S-300 raketlərini aldı


S-300 raketləri
Suriya Rusiyadan S-300 raketlərinin ilk partiyasını alıb.

Bunu Livanın “Al-Manar” televiziyasına Suriya prezidenti Bashar Assad deyib.
O növbəti raketlərin yaxın günlərdə alınacağını qeyd edib.
Moskva bundan əvvəl bu məsələyə yenidən baxmaq fikrində olmadığını və bunun Suriya münaqişəsinə xaricdən mümkün müdaxilədə sabitlik faktoru olduğunu deyib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bu gün Suriya müxalifətini münaqişənin dinc yolla həllinə yönəlmiş səyləri pozmağa cəhddə günahlandırırb.

ABŞ isə Hizbullah qrupunu döyüşçülərini Suriyadan çıxarmağa çağırıb.

Həmçinin Suriya üsyançılarının lideri Selim İdris Hizbullah qrupunu Suriyaya soxularaq Əl Quseyr şəhərindəki hərbi əməliyyatda iştirakda günahlandırırb.
Onun BBC-yə dediyinə görə bu əməliyyatda hökumət qüvvələrinin tərəfindən 7 mindən çox yaraqlı vuruşub.

BMT-nin insan haqları şurası Suriya ordusunun əl Quseyr şəhərində keçirdiyi bu əməliyyatı ittiham edib.
XS
SM
MD
LG