Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:43

Nüfuzlu mükafat türk yazara verildi


Nedim Gursel
Nedim Gursel
-

Türk yazıçısı Nedim Gürsel Fransanın nüfuzlu ədəbi mükafatına - “Prix Méditérranée” ödülünə layiq görülüb.

Mükafat Aralıq Dənizi ölkələrinin yazıçılarına verilir və Gürsel buna “Şeytan, Melek ve Komünist” romanına görə layiq görülüb. (Roman haqda burda ətraflı oxu)

Mükafat ona siyasi mövzuda ustalıqla nəsr əsəri yarada bildiyinə görə verilib.

Roman Fransada ötən il çap edilib.

1951-ci il doğumlu Gürsel hazırda Fransada yaşayır. 2008-ci ildə “Allahın qızları” romanına görə Türkiyədə ona qarşı İslamı təhqir etməsi iddiası ilə istintaq başlanmışdı.

Bundan əvvəl türk yazarlarından Orxan Pamuk və Yaşar Kamal da “Prix Méditérranée” mükafatına layiq görülüblər.
XS
SM
MD
LG