Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 13:54

Pakistanda peyvənd vuran qadın öldürülüb


Foto arxiv
Pakistanın şimal-qərbində naməlum adamlar polimelidə qarşı peyvənd aparan hümanitar missiyanın 1 qadın üzvünü öldürüb, birini isə yaralayıblar.
Bu barədə Azadlıq Radiosuna
yerli polis rəsmisi Şahidullah məlumat verib.


İnsident Pişəvar şəhərinin ətrafında törədilib.
Bu gün bu regionda 3 günlük peyvənd kampaniyası başlanıb.
Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Ötən ilin dekabrında ölkənin müxtəlif rayonlarında törədilmiş bu cür hücumlarda 9 adam ölüb.

Yaraqlılar hesab edir ki, hümanitar missiyaların əməkdaşları peyvənd adı altında ABŞ-a casusluq edirlər.
XS
SM
MD
LG