Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:17

Mayın sonuna kimi hava sabit keçəcək


Mayın 29-da Azərbaycanda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hava əsasən yağmursuz olacaq, ancaq axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı proqnozlaşdırılır. Mayın 30-da da paytaxtda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin səhər saatlarında qısamüddətli yağış yağacaq. Mülayim qərb küləyi əsəcək.

Mayın 30-da Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 12-18, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 29-da əsasən gecə saatlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq. Mayın 30-da hava əsasən yağmursuz olacaq. Havanın temperaturunun gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Mayın 31-dən etibarən Azərbaycan ərazisində temperatur tədricən yüksəlməyə başlayacaq.
XS
SM
MD
LG