Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 05:12

Bakıda həkim 19 bıçaq zərbəsi ilə öldürülüb


Foto arxiv
Dünən gecə saat 21.30 radələrində Bakıda həkim-kardioloq qətlə yetirilib.
APA agentliyinin Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğuna istinadla verdiyi məlumata görə, Nərimanov rayonu Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında Bakı sakini Həmişəyev Cavidin 19 bıçaq yarası ilə meyiti aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.

İlkin istintaq-əməliyyat tədbirləri nəticəsində həmçinin C. Həmişəyevə məxsus “Mercedes MLK” markalı avtomobil və şəxsi əşyalarının olmadığı müəyyən edilib.
Əməliyyat nəticəsində həmin avtomobil gecə saat 2.00 radələrində Bakının 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb.

Maşında olan Türkan Bağırlı, Yasin Ərəbov və Koroğlu Məmmədov tutularaq istintaqa cəlb ediliblər.
Onlar ilkin ifadələrində C. Həmişəyevi tamah məqsədilə qətlə yetirdiklərini bildiriblər.

Qətldə istifadə olunan 2 bıçaq Buzovna qəsəbəsi Çingiz Mustafayev küçəsindəki , zibillikdə aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG