Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Dekabr, şənbə, Bakı vaxtı 17:34

Parisdə də hərbçiyə hücum edilib


Francois Hollande
“Şənbə günü Paris ətrafında Fransa əsgərinə edilən hücumla mayın 22-də Londonda Britaniya hərbçisinin qətlə yetirilməsi arasında hələlik elə bir əlaqə aşkar edilməyib”.
Bunu Fransa prezidenti Francois Hollande bəyan edib.

23 yaşlı əsgər dünən Paris ətrafındakı Lə Defans məhəlləsində patrul xidməti zamanı boğazından bıçaqlanıb.
O hospitala götürülüb, həyatı təhlükədə deyil.
Hücum edən aradan çıxıb.

Prezident Francois Hollande insidentlə bağlı tələsik qərar verməməyə çağırıb.

Müdafiə naziri Jo iv lü Dğion ( Jean-Yves Le Drian ) isə bildirib ki, hədəf əsgər olduğundan bu düşünülmüş hücuma oxşayır.

Hücumun motivi hələlik bəlli deyil.
XS
SM
MD
LG