Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 16:11

İvanishvili deyir ki, lazım bilinsə, Saakashvili ifadə verməli olacaq


Gürcüstanın baş naziri İvanishvili deyib ki, prezident Saakashvili ifadə verməkdən azad deyil, prokurorlar lazım bilsələr, Saakaşvili ifadə verməli olacaq.

İvanishvili bunu jurnalistlərə deyib, ancaq izahat verməyib.

Baş nazir deyib ki, hər bir demokratik ölkədə prezident cavabdehlik daşıyır və Saakashvili istisna deyil.

İvanishvilinin bu bəyanatından iki gün qabaq ölkənin keçmiş baş naziri Merabishvili və keçmiş səhiyyə naziri Chiaberashvili həbs olundular. Chiaberashvili sonradan girov müqabilində azad olundu.
XS
SM
MD
LG