Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:54

ABŞ-ın skautları gey qadağasını götürdü


ABŞ-ın skaut (oğlan uşaqları təşkilatı) təşkilatı öz 103 illik tarixində ilk dəfə olaraq gey skautlara qadağanı götürüb.

Bu qərarı təşkilatın 1400 nəfərlik Milli Şurası səsvermə ilə qəbul edib.

Ancaq qərar ancaq təşkilatın sıravi üzvlərinə şamil olunur - homoseksual oğlanlar skaut ola bilərlər. Təşkilatda vəzifə tutan yaşlıların gey yasağı dəyişməz qalır.

Skaut uşaq təşkilatı dünyanın bir çox ölkələrində var. Vaxtilə Sovetlər birliyində yaradılan Pioner təşkilatı da Skautların ideoloji cəhətdən hakimiyyət uyğun olan bir forması idi.
XS
SM
MD
LG