Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:42

Pascal Meunier: «Hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoq vacibdi»


Fransanın Azərbaycandakı səfiri Pascal Mounier (Paskal Mönie)
Fransanın Azərbaycandakı səfiri Pascal Mounier (Paskal Mönie)
-
Fransanın Azərbaycandakı səfiri Pascal Mounier (Paskal Mönie) AzadlıqRadiosuna müsahibə verib.
Səfir bildirib ki, Azərbaycan dinlərarası tolerantlıq məsələsində dünyaya nümunə ola bilər. Onun sözlərinə görə, azərbaycanlılarla fransızların oxşar xüsusiyyətləri var:
«Oxşar cəhətimiz var: həm azərbaycanlılar, həm fransızlar çox müstəqildirlər. Onlar müstəqil qalmaq istəyirlər, ölkələrini müstəqil görmək istəyirlər və olduqları kimi qəbul edilmək istəyirlər. Yadınızdadırsa Dominique de Villepin İraqa dair Fransanın səsini bildirmişdi. Baxmayaraq ki, Fransa NATO-ya yaxın ölkə idi, amma yenə də bu sahədə özünün siyasəti var idi. Ölkəniz həm də parlaq, yaxşı təhsil almış və cəsarətli gəncliyi olan ölkədir. Hökümət gənclərə, xüsusilə də kasıb ailələrdə olan insanlara təhsil almaq hüququ verir və bu çox müsbət haldır. Lakin elə təəssürat yaranır ki, hakimiyyətin öz gənclərinə etibarı yoxdur. Və bu kifayət qədər kədərli və neqativ haldır. Gənclərlə söhbət etdik. Onlar dedilər ki, Azərbaycan hökümətini ictimai olaraq dəstəkləmirsənsə deməli düşmənisən. İnsanların dəyərləri fərqlidir və hər bir insan digərlərinin dəyərlərinə rəğbət bəsləməlidir».
Səfir Fransadakı dialoq mühitinin Azərbaycanda olması da arzulayıb:
«Fransadan Azərbaycana kommersiyadan təhcizat malları gətirmək istərdim (gülür). Azərbaycana bizim dialoq mühitimizi idxal etmək istərdim. Çünki hakimiyyətlə vətəndaş cəmiyyəti, müxalifət arasında dialoqun olması əhəmiyyətlidir. Bunun üçün də hörmət çox vacibdir. Səfirlikdə yerli jurnalistləri qəbul edən zaman dedim ki, demokratiya digərinə hörmət etməkdən başlayır. Əlbəttə, bu asan deyil. Bəzən insanların bir birinə qarşı hisslərində fərqlər olur. Lakin ingilislər demişkən «biz razıyıq ki fərqli fikirlər var». Fərqli fikirlər onların Azərbaycanı sevməməsi deyil. Bu o deməkdir ki, onların cəmiyyətə dair fərqli fikirləri var».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG