Pakistanda yola qoyulan bombanın partlaması ilə 12 nəfər həlak olub
Mayın 23-də Pakistanın cənub-qərbində Bəlucistan əyalətində yola qoyulan bombanın partlaması 12 nəfərin ölümünə, 20-dən çox adamın da yaralanmasına səbəb olub. Həlak olanlardan 11 nəfəri polis əməkdaşlarıdır. On illərdir Bəlucistanın təbii qaz və başqa sərvətlərinə sahib çıxmaq istəyən yaraqlı qruplar terror aksiyaları keçirirlər. Bəlucistanın paytaxtı Quetta müxtəlif yaraqlı qrupların məskəninə çevrilib. Reuters agentliyinin videosu.
Arxiv
-
İyun 09, 2026Putinin ən effektiv 'silahı' – Milyarderlər
-
İyun 08, 2026Paşinyanın qələbəsinin 'əmma'sı: Sülh sazişi təhlükədə?