Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 02:33

Taleh Bağırovla bağlı ictimai-siyasi qurumlara müraciət edildi


Taleh Bağırovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elçin Namazov qanunsuz həbslərə etiraz mitinqi təşəbbüskarları adından ictimai-siyasi qurumlara müraciət edib.

Müraciətdə deyilir ki, hakimiyyət ötən illərdə olduğu kimi 2013-cü ildə də etiraz edən insanları əsassız olaraq həbs etməklə zərərsizləşdirmək taktikasından istifadə edir:

«Hazırda cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında bu cür haqsız həbsə məruz qalmış 40-dan yuxarı şəxs saxlanır. Onların arasında siyasi qurumların rəhbərliyində təmsil olunan şəxslər, siyasi partiya fəalları, jurnalistlər, hüquq müdafiəçisi, ilahiyyatçılar, gənclər təşkilatı üzvləri, «Facebook» fəalı, hicab məhbusları var».

Taleh Bağırovun Hüquqlarını Müdafiə Komitəsi iyunun 1-də mitinq keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə yazılı xəbərdarlıq məktubu göndərilib.
XS
SM
MD
LG