"Azərbaycan Dəmir Yolları" QSC-nin Baş İdarəsində baş vermiş yanğın söndürülüb. İdarənin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, yanğın vağzalın zirzəmisində baş verib.
İlkin ehtimala görə, yanğına elektrik xətlərindəki qısa qapanma səbəb olub.
Yanğın zamanı idarənin işçiləri binadan köçürülüb.
N.Əzməmmədovun sözlərinə görə, yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənib.