Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:59

Qubernator müxalifət liderinə qarşı ittihamı şübhə altında qoyub


Nikita Belykh
Nikita Belykh
Rusiya Kirov vilayətinin qubernatoru Nikita Belıx (Nikita Belykh) müxalifət lideri və korrupsiyaya qarşı mübarizə aparan bloqqer Aleksei Navalnynın yeyintidə ittiham olunmasını şübhə altında qoyub.
O bu gün Məhkəmədə çıxış edərkən müxalifət liderinin yerli şirkətin işinə qarışmaq üçün onun adından hərəkət etməyə heç bir səlahiyyəti olmadığını bildirib.

Navalny 2009-cu ildə qubernatorun müşaviri olarkən “Kirovles” şirkətindən 510 min dollar oğurlamaqda ittiham olunur.

Belykh qeyd edib ki, ümumiyyətlə heç vaxt bu şirkətdə yeyindi olması barədə elə bir məlumat eşitməyib.

Prezident Vladimir Putinin qəti əlehdarı olan Navalnı növbəti prezident seçkisində mübarizə aparmaq fikrindədir.
XS
SM
MD
LG