Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:57

Sabunçuda qaz olmayacaq


Mayın 22-də Sabunçuda qaz olmayacaq. «Azəriqaz» ASC-nin mətbuat xidmətinin məlumatına görə, bu, təmir işləri ilə əlaqədardır.

Bununla əlaqədar bu gün səhərdən axşam saat 19:00-dək «Zabrat-2» Qazpaylayıcı Stansiyasında «Zabrat-ümumi» ölçü qovşağından qidalanan «İstilik» orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun Zabrat qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
XS
SM
MD
LG