Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 07:58

ATƏT cəbhə xəttində monitorinq keçirəcək


Mayın 23-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli rayonunun Qaraxanbəyli kəndinin şərqindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi, ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri Pavlo Şamayev keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeniy Şarov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Mik Dolan keçirəcəklər.
XS
SM
MD
LG