Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:02

Gürcüstanın keçmiş Baş naziri və sabiq Səhiyyə naziri həbs edildi


Keçmiş Baş nazir Vano Merabishvili
Mayın 21-də Gürcüstanın keçmiş Baş naziri Vano Merabishvili və Səhiyyə naziri Zurab Chiaberashvili saxlanıblar. Daxili İşlər Nazirliyi bildirib ki, onlar büdcə vəsaitlərinin mənimsənilməsində ittiham olunurlar.

Merabishvili və Chiaberashvili mayın 21-də prokurorluğun Kutaisi ofisinə çağırlıblar. Orada nazirlər işsizliklə mübarizə üçün ayrılan pulların aidiyyəti üzrə xərclənməməsi ilə bağlı ittihamlar barədə ifadə veriblər.

Bundan sonra prokurorluq onların həbsi üçün məhkəməyə müraciət edib. Keçmiş nazirlərin zaminə buraxılmağı və ya həbs edilməsi haqda qərarı məhkəmə verəcək.

Vano Merabishvili və Zurab Chiaberashvili prezident Mikheil Saakashvilinin yaxın müttəfiqi və eyni partiyanın – Vahid Milli Hərəkatın üzvləridirlər.

Ötən ilin oktyabrında Bidzina İvanishvili parlament seçkilərində qalib gəlib Baş nazir olandan sonra köhnə hökumətin bir çox rəsmisinə qarşı cinayət işi açılıb. Prezident Saakashvilin partiyası isə müxalifətə keçib. İndi prezident və onun tərəfdarları hökuməti qisasçılıqda ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG