Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 18:11

ABŞ dövlət katibinin nümayəndəsi Azərbaycana gələcək


ABŞ dövlət katibinin energetika diplomatiyası məsələləri üzrə köməkçisinin müavini Amos Hochstein iyunun əvvəllərində Azərbaycana səfər edəcək.

Bu barədə ABŞ səfirliyinin mətbuat xidməti məlumat yayıb.

ABŞ dövlət katibinin köməkçisinin müavini iyunun 4-7-də Bakıda keçiriləcək 20-ci Xəzər neft-qaz konfransına qatılacaq ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

Konfrans çərçivəsində iştirakçılar enerji resurslarının diversifikasiyası, dünya bazarında neftin qiymətinin dəyişməsi, qazı qiymətinə təsirlər, nəqliyyat problemlərinin həlli, Xəzər regionundan enerji resurslarının nəqli marşrutlarının müxtəlifləşdirilməsi, Azərbaycanda neft və qaz kəşfiyyatı məsələləri müzakirə olunacaq.

BP, SOCAR, TAP, Nabucco kimi şirkət və konsorsiumlar konfransda iştiraklarını təsdiqləyiblər.
XS
SM
MD
LG