Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 01:02
-
Bunu Suriya prezidenti Bashar Assad Argentinanın rəsmi Clarin qəzeti və Telam agentliyinə verdiyi müsahibəsində deyib.
Assad müxalifətçilərə qarşı kimyəvi silahdan istifadə olunması haqdakı iddiaları yalan adlandırıb. Deyib ki, bu iddialar Suriyaya hərbi müdaxilə üçün ortaya atılır.
«Kimyəvi silah istifadəsi və istefamla bağlı Suriyanı hədəf alan ittihamlar hər gün dəyişir. Bu çox güman ki, ölkəmizə qarşı müharibənin başlanğıcıdır» deyib.
Bashar Assad deyib ki, kimyəvi silahdan istifadə olunması bir neçə dəqiqədə minlərlə, on minlərlə adamın ölməsi deməkdir. Belə bir şey isə gizlədilə bilməz.
İstefa haqqında düşünmədiyini bildirən Suriya prezidenti ABŞ dövlət katibi John Kerrynin Assadin keçid hökumətində yer almayacağı haqqında dedikləri ilə bağlı suala cavabında isə belə deyib:

«İstefa etmək qaçmaq deməkdir. Kerrynin, ya da başqasının kimin gedəcəyi, kimin qalacağı mövzusunda Suriya xalqından danışmaq səlahiyyəti alıb-almadığını bilmirəm. Buna 2014-cü ildə keçiriləcək prezident seçkisində Suriya xalqı qərar verəcək».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG