Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:59

İranda 4 azərbaycanlı fəal azadlığa buraxılıb


APA-nın “Oyannews” saytına istinadən verdiyi məlumata görə, Cahanbəxş (Salur) Sultanzadə, Behnam Bağıri, Vahid Barış və Hüseyn Vəlizadə mayın 9-da Makı şəhərində həbs edilmişdilər.

Cahanbəxş (Salur) Sultanzadə, Behnam Bağıri və Vahid Barış 15 milyon tümən zəmanət qoyduqdan sonra sərbəst buraxılıblar.

ETTELAAT əməkdaşları Makı Pəyam-e Nur Universitetinin hüquq fakültəsinin tələbəsi, şair C.Sultanzadənin evində axtarış aparıb, ona məxsus kompüter, kitablar, əlyazmalar və digər şəxsi əşyaları müsadirə ediblər.
B.Bağıri isə şəxsi oyuncaq mağazasında həbs edilmişdi.
Vahid Barış və Hüseyn Vəlizadə isə daha iki azərbaycanlı fəalla birlikdə həbs edilmişdilər.
XS
SM
MD
LG