Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:00

Qazılan yollara bir leriklinin gözü ilə diqqətlə baxanda


Foto: Arxiv
Foto: Arxiv
-
«Elə görüntü yaradırlar ki, guya nə isə edirlər. Diqqətlə baxanda isə görürsən ki, əslində heç bir iş görülmür».

Lerik rayonundan «Qaynar xətt»ə şikayət var. Qarabağ veteranı Cəbrayıl Əliyev məmurların regionların inkişafı üçün ayrılmış büdcə pullarını mənimsədiyini iddia edir:

«Asfalt örtüyünü qazıb pis günə qoydular ki, guya kanalizasiya xətti çəkəcəklər. Nə xətt çəkdilər, nə də qazdıqları yeri doldurdular, elə vəziyyətdə qoyaraq çıxıb getdilər. Deyilənə görə, pulları mənimsəyiblər, fəhlələrə pul verməyiblər, onlar da işi yarımçıq atıblar».

«RAYON BƏRBAD GÜNDƏDİR»

Şikayətçi deyir ki, Lerikin küçələri öz bərbadlığı ilə müharibə küçələrini geridə qoyub:

«O vaxt Qarabağda ağır texnika keçən kənd küçələri heç belə bərbad vəziyyətə düşmürdü. Prezidentin təyin etdiyi icra başçısı hara baxır? Nə vaxta qədər belə davam edəcək? Burdan nə qədər qışqırırıqsa səsimizi eşidən yoxdur».

Lerik rayon İcra Hakimiyyətindən isə «Qaynar xətt»ə veteranın suallarına iki cümlə ilə cavab verilib:

«Rayonda görülən işlər 2015-ci ilədək başa çatması nəzərdə tutulan abadlıq işləridir. Bu gün rayon sakinlərini darıxdıran tör-töküntünün, toz-torpağın arxasında sabah üçün rahat həyat dayanır».
XS
SM
MD
LG