Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:21

Kiyevdə 2 nümayiş keçirilib


Kiyevdə nümayiş
Kiyevdə hakim partiyanın tərəfdarları ilə müxalifət “Avropa günü” münasibəti ilə ayrıca nümayiş keçirirlər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, müxalifətin aksiyasına günortayadək 4 minə yaxın, hökumətpərəst qüvvələrin faşizm əleyhinə keçirdiyi nümayişə isə 45 minədək adam yığışın.
Təhlükəsizliyin təmin edilməsinə 4 minədək polis cəlb olunub.

Müxalifətdə olan Batkivşina partiyasından deputat Nikolay Tomenko bu gün bildirib ki, müxalifətin martın 14-dən başladığı “Ukrayna ayağa qalx” aksiyası avqustun 22-dək davam edəcək.

Müxalifət prezident Viktor Yanukhovychin istefasını, mer və şəhər şurasına seçkilər keçirilməsini və keçmiş baş nazir Yulia Timoshenkonun azad edilməsini tələb edir.
XS
SM
MD
LG