Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 15:51

Şimali Koreya 3 raket buraxıb


Foto arxif
Şimali Koreya bu gün ölkənin şərq sahilindən 3 yaxın mənzilli raket buraxıb.
Cənubi Koreyanın müdafiə nazirliyi onlardan ikisinin səhər, birinin isə günordadan sonra buraxıldığını xəbər verir.

Seul Şimali Koreyanın hərəkətlərini diqqətlə izlədiyini və hərbi hazırlıq vəziyyətində olduğunu bəyan edib.

Şimali Koreya fevralın 12-də nüvə sınağı keçirdikdən sonra BMT ona qarşı sanksiyaları daha da kəskinləşdirib.

Şimali Koreya isə buna cavab olaraq Cənubi Koreya ilə atəşkəs müqaviləsindən çıxıb və onunla müharibə şəraitinə girdiyini bəyan edib.
XS
SM
MD
LG