Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 22:13

Avtomobil qəzasında 5 hərbçi öldü


Foto: Arxiv
-
Mayın 18-i səhər saatlarında Quba rayonunda baş verən yol qəzasında Daxili Qoşunların 5 hərbçisi həlak olub.

ANS-in verdiyi məlumata görə, «RAF» markalı mikroavtobus Atuc kəndi yaxınlığında çinar ağacına çırpılaraq aşıb.

Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova apa-ya bildirib ki, qəzaya uğrayan «RAF» ölən hərbçilərdən birinə məxsus olub:

«Həmin maşın hərbi maşın olmayıb».

T. Məmmədova qəzanın baş verməsinin səbəblərini də açıqlayıb:

«Qəzaya havanın yağmurlu olması nəticəsində yolun sürüşkənliyi və avtomobilin təkərində baş verən nasazlıq səbəb olub. Avtomobildə 11 nəfər olub, onlardan hadisə yerində 4-ü dünyasını dəyişib. Digər sərnişinlər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər».
XS
SM
MD
LG