Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:32

İnternetə qadağanın Türkiyə misalı


Rəşid Hacılı
Rəşid Hacılı
-
HAKİMİYYƏT DÜNYA İLƏ ÜZ-ÜZƏ

«Hakimiyyət dünya ilə qarşıdurmaya gedir». «Azadlıq» qəzeti yazır ki, bunu Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı internetdə təhqir və böhtana görə cəzanın sərtləşməsini nəzərdə tutan dəyişikliyə münasibət bildirərkən deyib:

«Üstəlik, bu təşəbbüs hökumətin imicinə də çox pis təsir edəcək. Nəzərə almaq lazımdır ki, qarşıdan seçki gəlir və bütün dünyanın diqqəti Azərbaycan üzərindədir. Belə bir vaxtda bu cür dəyişiklikləri gündəmə gətirmək hakimiyyət üçün yaxşı heç nə vəd etmir».

«AMNESTY INTERNATİONAL» VƏ ONUN KİMİ TƏŞKİLATLAR...»

««Amnesty International» və onun kimi təşkilatların bəyanatları 40 il əvvəl formalaşmış metodologiyaya əsaslanır. Bu metodologiyanı bu gün təhlil etməyə dəyməz».

Bunu «Bizim yol»a müsahibəsində Prezident Administrasiyasının şöbə rəhbəri Elnur Aslanov bəzi beynəlxalq təşkilatların Cinayət Məcəlləsinə son dəyişiklikləri internetə nəzarət kimi qiymətləndirməsinə cavab olaraq deyib.

Mayın 14-də Milli Məclis Cinayət Məcəlləsinin «böhtan» və «təhqir» maddələrinə dəyişiklikləri qəbul edib. Həmin dəyişikliyə görə, bundan sonra internetdə təhqir və böhtan yazanlar da məsuliyyətə cəlb oluna biləcəklər.

İNTERNETƏ QADAĞANIN TÜRKİYƏ MİSALI

«Ayna» qəzeti sosial şəbəkələrə qadağalarla bağlı qanunvericiliyə dəyişikliyin Türkiyə misalından yazır:

«Türkiyədə uzun müddət Atatürkü təhqir edən videolar yerləşdirildiyi üçün «Youtube» saytına girişi qadağan elədilər. Bu materialların çıxarılması üçün mübarizə aparmaq mümkün olduğu halda, problemin bu şəkildə, necə deyərlər, kökdən həllinin faydası oldumu?
Eldar Namazov və Rüstəm İbrahimbəyov
Eldar Namazov və Rüstəm İbrahimbəyov
Olmadı. Türkiyədə istəyən hər kəs çox rahatlıqla bu sayta giriş yolunu tapdı. Sonunda dövlət qadağanı ləğv etməyə məcbur oldu».

RÜSTƏM İBRAHİMBƏYOVLA ELDAR NAMAZOVUN HÜQUQİ MƏSULİYYƏTİ

«Yeni Azərbaycan» yazır ki, «Rüstəm İbrahimbəyovun «Milli şura»sı Rusiyadakı anti-Azərbaycan dairələrinin ölkəmizdə «beşinci kolon»u funksiyasını yerinə yetirmək üçün ortaya atılan bir məsələdir».

Qəzetə görə, «Azərbaycan konstitusiyasında bu cür təsisatların yaradılması nəzərdə tutulmayıb. Deməli, məlum qərəzli mərkəzlərin, Rusiyadakı anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyü ölkənin əsas qanununun tələblərinə qarşı çıxaraq siyasi təxribatla məşğuldurlar ki, bu da eyni zamanda cütlüyün hüquqi məsuliyyət məsələsini aktuallaşdırır».

«AZƏRBAYCAN NEFTİNİN RUSİYA ƏRAZİSİNDƏN NƏQLİNİN DAYANDIRILMASI İQTİSADİ XARAKTER DAŞIYIR»

«Azərbaycan» qəzeti yazır ki, «Azərbaycan neftinin Rusiya ərazisindən nəqlinə dair sazişin ləğvi iqtisadi xarakter daşıyır». Qəzetə görə, «Rusiya hökumətinin qərarı Azərbaycan neftinin dünya bazarlarına daşınmasına mənfi təsir göstərməyəcək».
Azərbaycan neftinin Rusiya ərazisindən nəql olunmasına dair saziş 1996-cı yanvarın 18-də imzalanıb.

Qəzet yazır ki, Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin nəqlinin dayandırılması demək deyil:
Foto: Arxiv
Foto: Arxiv
«Dövlət Neft Şirkəti kəmərin Rusiya ərazisində idarəçiliyini həyata keçirən «Transneft» şirkəti ilə kommersiya danışıqlarının davam etdirilməsinə tərəfdar olduğunu bildirir».

«ÇİNGİZİ MAXARAŞVİLİ FASON GÖRÜŞƏ ÇAĞIRIRAM»

«Siyavuşla Eldarın kabinetinin qapısından çay qaşığı yox, xörək qaşığı asılsın».

«Yeni Müsavat»a müsahibəsində belə bir təkliflə YAP üzvü, sabiq deputat Maksim Musayev çıxış edib: «Naxçıvanlılar bilir bunu mən nə üçün deyirəm».

Maksim Musayev deputat Çingiz Qənizadənin onun səhhətindəki problemlər, yaddaşını itirməsi ilə bağlı dediklərinə də cavab verib:

«Sovet dövründə bir «Əsgər atası» adlı film var idi. Yaşlı Maxaraşvili oğlu yaşında olan əsgərlərə necə güc gəlir. Mən Çingizi Maxaraşvili fason görüşə çağırıram, güləşək. Hər kəs görsün kimin səhhətində problem var».

MƏKTƏBLƏRDƏ DƏRSLƏR YENİDƏN SENTYABRIN 1-DƏN BAŞLAYA BİLƏR

«Exo» qəzeti yazır ki, Azərbaycanda tədris müddəti uzadıla bilər. Qəzet bu məsələ ilə bağlı müzakirələrin getdiyini qeyd edir. Qəzet sabiq deputat, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərovun fikirlərinə yer verir:

«Tədris ilinin uzadılması vacibdir. Azərbaycanda təhsil müddəti 32 həftədir. Bu həddən artıq azdır. Tədris həftələrinin sayını 37-38-ə qaldırmaq olar. Bu məsələlər qəbul olunsa, onda yenidən dərs ilinin sentyabrın 1-də başlamasına qayıtmaq lazımdır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG