Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:27

Elmin İnkişafı Fonduna pul ayrılıb


-
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fonduna təqribən 6.5 milyon manat ayrılıb.

Bu, 2013-cü ildə qrantların maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Fondun icraçı direktoru Elçin Babayev deyib.

Hazırda Fondun maliyyələşdirilməsinin ümumi həcmi təqribən 25 milyon manat, Prezidentin ehtiyat fondundan ayrılan maliyyələşdirmə isə 3 milyon manat təşkil edir.

Vəsaitlər mərhələli şəkildə bölünür və avadanlıqların alınmasına, əməkhaqqına, ezamiyyətə və s. xərclənir.

«Elm haqqında» yeni qanunun müzakirəsinə toxunan Babayev qeyd edib ki, bu, Azərbaycanda elmin inkişafına yardım edəcək:

«Fond qanuna əlavə və dəyişikliklər edilməsi barədə təkliflərini təqdim edib».
XS
SM
MD
LG