Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:44

Ban Ki-moon Suriya üzrə konfransın mümkün qədər tez keçirilməsini istəyir


BMT baş katibi Ban Ki-moon Soçidə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdən sonra Ban Ki-moon deyib ki, hazırda əsas olan Rusiya və ABŞ-ın təklif etdiyi Suriya üzrə beynəlxalq konfransın çağırılması təklifinə münasibətdə imkanı əldən buraxmamaqdır.

Ban Ki-moon belə bir konfrans ideyasını müdafiə etdiyini bildirib. Ancaq əlavə edir ki, konfrans mümkün qədər tez çağırılmalıdır.

Lavrov isə deyib ki, Suriyanı kimin təmsil edəcəyini suriyalıların özləri təyin etməlidir.
XS
SM
MD
LG